Modern.az

Qardaşlarımızın qayıdışı bizi çox sevindirir - Türkiyə lideri

Qardaşlarımızın qayıdışı bizi çox sevindirir - Türkiyə lideri

20 Oktyabr 2022, 19:54

Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara geri qayıtmağa başlaması bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyası əsasında inşa edilən Ağalı kəndində məskunlaşması ilə Vətən həsrətinin başa çatdığını görürük.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

 

“Ağalı kəndini gördük, oraya bundan sonra kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir. Onun yanında “Dost Aqropark”ı gördük, orada həm kənd təsərrüfatı, həm də heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılıb. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə ora çox fərqli bir ərazi idi. Amma indi bu ərazinin necə dirçəldildiyini gördük. Bu istiqamətdə görülən işlər həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?