Modern.az

Akardan Hindistanın Ermənistana silah satmasına REAKSİYA 

Akardan Hindistanın Ermənistana silah satmasına REAKSİYA 

20 Oktyabr 2022, 21:20

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Hindistanın Ermənistana silah satmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Cəbrayılda jurnalistlərə açıqlamasında danışıb.

 

Nazir deyib ki, onların nə etdiyi maraqlı deyil.

 

“Onların nə etdiyi bizi əlaqələndirmir. Biz Vətən torpağını müdafiə etmək üçün “Ölsək şəhid, qalsaq qazi” düşüncəsi ilə çalışırıq. Azərbaycan Ordusu da, Türkiyə Silahlı Qüvvələri də bu düşüncələrlə fəaliyyət göstərirlər. Nə edirlər etsinlər. Biz hər cür silaha qarşı Vətənimizi, millətimizi, torpaqlarımızı qorumağa hazırıq”, -  deyə Akar qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?