Modern.az

Diplomatik pasportu olanlar bu ölkəyə vizasız gedəcəklər

Diplomatik pasportu olanlar bu ölkəyə vizasız gedəcəklər

21 Oktyabr 2022, 11:50

Diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Əlcəzairə gedərkən viza tələbindən azad olacaq.

 

Modern.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi