Modern.az

Bakıda qanunsuz taksi fəaliyyətilə bağlı REYD

Bakıda qanunsuz taksi fəaliyyətilə bağlı REYD

Aktual

21 Oktyabr 2022, 14:48

Paytaxtın nəqliyyat sahəsindəki problemlər, qanunsuz taksi fəaliyyəti, parklanma  və digər çatışmamazlıqlarin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi proseslərinə başlanılıb.

 

Modern.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeçiliyində Baki Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində birgə reydlər keçirilir.

 

Reydlər zamanı əsasən lisenziyası olmayan, standartlara cavab verməyən, qanunsuz fəaliyyət göstərən taksilər aşkarlanıb, sürücülərlə müvafiq maarifləndirmə söhbətləri aparılıb, müvafiq izahatlar verilib, onlar qanunun tələblərinə uyğun fəaliyyət göstərməyə çağrılıblar. Ciddi qanun pozuntularına yol verən. Fərqlənmə nişanı olmayan  sürücülərə qarşı İXM-nin mvafiq maddələrinə uyğun cərimələr tətbiq edilib.

 

Bu istiqamətdə reydlər aidiyyatı qurumlarla birgə daimi xarakter daşıyacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək