Modern.az

Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb - FOTOLAR

Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb - FOTOLAR

22 Oktyabr 2022, 14:04

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

 

Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza