Modern.az

Dövlət çevrilişi etmək istəyənlər HƏBS OLUNDU

Dövlət çevrilişi etmək istəyənlər HƏBS OLUNDU

23 Oktyabr 2022, 14:18

Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) ölkədə kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.

 

Modern.az xəbər verir ki, rəsmi məlumata əsasən, ələ keçirilən şəxslər keçmiş dövlət qulluqçularıdır.

 

Bildirilib ki, onların sayı 10-dan çoxdur.

 

Saxlanılan şəxslərlə bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanıb.

 

Xüsusi istintaq hərəkətləri zamanı başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslərin qanunsuz olaraq hakimiyyəti ələ keçirməklə kütləvi iğtişaşların təşkilində və hazırlanmasında iştirak etmələri barədə sübutlar əldə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış