Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Baş nazir postuna namizəd olduğunu bildirib.
Modern.az-ın xəbərinə görə, eks-nazir bu barədə “Twitter” hesabında paylaşım edib.
“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz böyük iqtisadi böhranla üz-üzəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin gələcək baş naziriniz olmaq üçün namizədliyimi irəli sürürəm. Mən iqtisadiyyatımızı sabitləşdirmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, - sabiq nazir qeyd edib.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də istefa verdiyini açıqlayıb. O, hökumətə cəmi 45 gün rəhbərlik edib.