Modern.az

Prezident bütün idman növlərinə diqqət göstərir - Qüdrət Qurbanov

Prezident bütün idman növlərinə diqqət göstərir - Qüdrət Qurbanov

23 Oktyabr 2022, 19:15

Prezident İlham Əliyev tərəfindən hər bir idman növünə diqqət göstərildiyi kimi, bu idman növünə də diqqət göstərilir.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı ilə "SFA Federasiya Kuboku 2022" üzrə keçirilən mükafatlandırma mərasimində Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, bu gün Federasiyanın yeni avadanlıqlarla, təchizatlarla təmin olunması bunun növbəti sübutudur:


"Bununla yanaşı, həmçinin valideynlərə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirəm".

 

Qeyd edək ki, Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı ilə "SFA Federasiya Kuboku 2022" üzrə mükafatlandırma mərasimi keçirilib. Mərasim çərçivəsində analoji idman üzrə 2022-ci ilin milli komandası tədbir iştirakçılarına təqdim edilib və qaliblər elan olunaraq təltif ediliblər. Tədbirdə, həmçinin 2021-ci il üzrə SFA Federasiya Kubokunu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi