Modern.az

Əməkdar artist Şuşadakı evini teatra bağışladı

Əməkdar artist Şuşadakı evini teatra bağışladı

Aktual

26 Oktyabr 2022, 12:50

Əməkdar artist Yadigar Muradov Şuşadakı evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayıb.

 

Modern.az xəbər verir ki, aktyor bu barədə özü bildirib.

 

O, Şuşadakı evinin dağıdılmadığını deyib:

 

"Hazırda evimdə 35 nəfər yaşayır. Onlar Şuşada bərpa işləri görənlərdir. Orada 1 il 8 ay yaşamışdım. Böyük bir evim var idi. Ermənilər də oranı hərbi işlər üçün istifadə edirdilər. Bizim teatrımız yoxdur, dağıdılıb. Biz ömürboyu ikiotaqlı, balaca yerdə məşq etmişik. Evimin birinci mərtəbəsində teatrda çalışan və orada evi olmayanlar yaşaya bilər. Bunun üçün hər bir şərait var. Yuxarıda isə tamaşa oynamaq üçün yerim var".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi