Modern.az

Ceyhun Bayramovdan Bərdə terroru ilə bağlı PAYLAŞIM

Ceyhun Bayramovdan Bərdə terroru ilə bağlı PAYLAŞIM

Aktual

27 Oktyabr 2022, 17:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bərdəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Twitter" hesabında yazıb.

 

"Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəsinə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq", - nazir bildirib.

 

Qeyd edək ki, Vətən müharibəsi zamanı Bərdə rayonunun Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il keçir.

 

2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə qəddarcasına cəbhə zonasından kənarda yerləşən kəndi "Smerç" raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub, 14 nəfər isə xəsarət alıb.

 

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu