Modern.az

Ermənilər bu planı seçirlərsə, buyursunlar! - Putindən Qarabağ mesajı

Ermənilər bu planı seçirlərsə, buyursunlar! - Putindən Qarabağ mesajı

Aktual

27 Oktyabr 2022, 20:43

"Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına münasibət bildirərkən deyib.

 

Rusiya lideri qeyd edib ki, hansısa variantı seçmək erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. 

 

"İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik", - Putin deyib.  

 

"Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar”, - Rusiya lideri Ermənistana səslənib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI