Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının rəsmi saytda yanlış yazılmasına dair məlumat yayılıb. İddiaya görə, saytın ingilis dili versiyasında X.Yusifzadənin adı “Happy Yusifzadeh” kimi yazılıb.
Modern.az xəbər verir ki, SOCAR iddialara rəsmi münasibət bildirib.
Qurumun rəsmi feysbuk səhifəsində edilən paylaşımda qeyd olunub ki, görüntünün şirkətlə heç bir bağlılığı yoxdur:
“Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır.
Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaşılan şəkil (screenshot) isə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimiz ilə heç bir aidiyyəti yoxdur”.