“Russia Today” media qrupunun Simferopoldakı regional bölməsinin rəhbəri Svetlana Babayeva hərbi idman atıcılığı üzrə məşq edərkən bədbəxt hadisə nəticəsində ölüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O, 2004-2006-cı illərdə “RİA Novosti” agentliyinin Böyük Britaniyadakı nümayəndəliyinə rəhbərlik edib, 2008-2012-ci illərdə agentliyin ABŞ-dakı bürosunun baş redaktoru olub.
S.babayeva, həmçinin “Moskva News” qəzetinin baş redaktorunun müavini və “Profil” jurnalının baş redaktoru işləyib. O, 2013-2016-cı illərdə Gazeta.ru-ya rəhbərlik edib.