Modern.az

Bayden, yoxsa Tramp? - SORĞU 

Bayden, yoxsa Tramp? - SORĞU 

30 Oktyabr 2022, 09:43

Amerikalı seçicilərin böyük əksəriyyəti ABŞ prezidenti Co Baydenin və keçmiş dövlət başçısı Donald Trampın 2024-cü ildə növbəti müddətə namizədliyini irəli sürməsini istəmir.

 

Modern.az xəbər verir ki, bu barədə “Yahoo!”nun “YouGov” tədqiqat təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrində qeyd olunub.

 

Sorğuya əsasən, respondentlərin 57%-i “Bayden yenidən namizədliyini irəli sürməlidirmi” sualına mənfi cavab verib.

 

Maraqlıdır ki, eyni sayda (57%) amerikalı Trampın da növbəti prezidentlik yarışında iştirak etməyini arzulamır.

 

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi