Modern.az

Hacıqabulda “Zəfər Günü” ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR

Hacıqabulda “Zəfər Günü” ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR

Aktual

2 Noyabr 2022, 14:32

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Rəncbər kənd sakini şəhid Zeynalov Fikrət Hikmət oğlu və Qubalıbalaoğlan kənd sakinləri, Bağırov Süleyman Kamil oğlu, Alışov Samir Cəlil oğlu, Tağıyev Röyal Tağı oğlunun ailələri Vətən müharibəsinin ikinci ildönümü - “8 noyabr - Zəfər Günü”  münasibətilə ziyarət edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən işğal altında saxlanılmasından, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində işğala son qoyulmasından danışıb.

 

Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış şəhidlərin ailə üzvlərini narahat edən məsələlərin həllinə yaxından köməklik edilməsi hər birimizin vətəndaşlıq borcudur. Şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının daim ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində saxlanmasından, onları narahat edən məsələlərin həlli istiqamətində səy göstərilməsindən danışılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər