Modern.az

Rusiyada daha bir jurnalist hədəfə alındı

Rusiyada daha bir jurnalist hədəfə alındı

Aktual

3 Noyabr 2022, 12:58

Jurnalist və teleaparıcı Andrey Karaulov bildirib ki, noyabrın 3-də səhər saatlarında hüquq-mühafiəz orqanlarının əməkdaşları onun bağ evinə axtarışa gəliblər.


Modern.az xəbər verir ki, jurnalist bu barədə “Telegram”da yazıb.


Karaulovun sözlərinə görə, axtarış böhtan maddəsi ilə aparılır, iddia ərizəsini “Rostex”in rəhbəri Sergey Çemezov verib.

Jurnalist bildirib ki, pulemyotlarla silahlanmış təhlükəsizlik qüvvələri darvazanı qırmağa cəhd edib.


"Bu tamaşa "Kseniya Sobçak, ikinci akt" adlanır. Sobçakla heç bir şey alınmadı – indi Karaulovu şərləyirlər. Prokurorlardan hansı bu axmaqlığa icazə verdi və "böhtan" maddəsi ilə nə tapmaq olar - başa düşmürəm. Maraqlıdır, bunun qiyməti nə qədərdir?”, - Karaulov yazıb.


2019-cu ildə Krasnoyarsk diyarının qubernatorunun birinci müavini Sergey Ponomarenko demişdi ki, Andrey Karaulov bölgədəki hakimiyyəti tənqid edən videonu dərc etməkdən imtinaya görə 2 milyon 400 min rubl istəyib. Karaulov cavab verib ki, Ponomarenkonun ifadələrini yoxlamaq üçün Baş Prokurorluqdan xahiş edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək