Modern.az

Türkiyə ordusundan terrorçulara daha bir ZƏRBƏ

Türkiyə ordusundan terrorçulara daha bir ZƏRBƏ

Aktual

5 Noyabr 2022, 11:48

Türkiyə hərbçiləri Suriyanın şimalında 4 terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Belə ki, Suriyanın şimalında, “Fərat Qalxanı” əməliyyatının keçirildiyi bölgədə hücuma hazırlaşdığı qeydə alınmış 4 terrorçu məhv edilib. Məlumata görə, zərərsizləşdirilmiş terrorçular PKK/YPG üzvləri olublar.

 

“Bölgədə sülh və sabitliyin davamlı olması üçün bütün tədbirlər görüləcək”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım