Modern.az

Kolleclərdən tələbələrin xaric olunması qaydası hazırlanır

Kolleclərdən tələbələrin xaric olunması qaydası hazırlanır

Aktual

5 Noyabr 2022, 12:54

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların təhsilini müvəqqəti dayandırması qaydası hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək