Modern.az

Əli Əsədov Fuat Oktayla Cıdır düzündə

Əli Əsədov Fuat Oktayla Cıdır düzündə

Aktual

5 Noyabr 2022, 17:00

Azərbaycanın Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Ə.Əsədov və F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.

 

Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktay Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi