Modern.az

Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı

Aktual

5 Noyabr 2022, 18:07

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb.

 

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.

 

Rəqibini ipponla məğlub edən H.Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi