Modern.az

“Sabah” qələbə qazandı

“Sabah” qələbə qazandı

Aktual

6 Noyabr 2022, 17:15

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

 

Modern.az-ın məlumatına görə, günün ilk matçında "Səbail" klubu "Sabah" komandasını qəbul edib.

 

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 36-cı dəqiqədə Ceyhun Nuriyev, 47-ci dəqiqədə Aleksey Kaşuk vurub.

 

"Sabah" qələbə sayəsində xallarının sayını 34-ə çatdırıb və hələlik liderliyə yüksəlib. "Dənizçilər" 10 xalla 7-ci sıradadır.

 

Qeyd edək ki, günün və turun sonuncu görüşündə "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Neftçi" matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu