Modern.az

Azərbaycan bayraqları Pakistanda dalğalanır

Azərbaycan bayraqları Pakistanda dalğalanır

Aktual

7 Noyabr 2022, 17:40

“Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”.

 

Modern.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Xai ölkəmizin Vətən müharibəsində qələbəsinin ildönümü ilə bağlı açıqlamasında deyib.

 

“Bu, qeyri-qanuni işğalın uzun müddət davam edə bilməyəcəyinə və gec-tez işğalçının reallıqla üz-üzə qalacağına sübut idi”, - diplomat bildirib.

 

Səfir vurğulayıb ki, bu tarix Pakistanda da qeyd olunur:

 

“Azərbaycan bayraqları Pakistanda dalğalanır. Pakistan hökuməti və xalqı bu əlamətdar gündə bütün Azərbaycan xalqına uğurlar arzulayır. Pakistan bundan sonra da Azərbaycanın sülhün, sabitliyin təşviqi istiqamətində səylərini dəstəkləyəcək. Yaşasın Pakistan-Azərbaycan dostluğu!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı