Modern.az

Pakistanda “Qarabağ Azərbaycandır” adlı flaşmob keçirilib

Pakistanda “Qarabağ Azərbaycandır” adlı flaşmob keçirilib

8 Noyabr 2022, 10:54

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan flaşmoblar keçirib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, flaşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.

Flaşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.

                                                                                                            

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi