Modern.az

Bugünkü ay tutulmasına Azərbaycandan baxmaq olacaq?

Bugünkü ay tutulmasına Azərbaycandan baxmaq olacaq?

Aktual

8 Noyabr 2022, 11:22

Bu gün - noyabrın 8-də tam Ay tutulması olacaq. Bu hadisə 2022-ci ilin ikinci ay tutulmasıdır.

Ay 85 dəqiqə ərzində Yerin kölgəsində qalacaq və bu da onun qırmızı görünməsinə səbəb olacaq. Buna görə də bu fenomen “Qanlı Ay” adlanır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, budəfəki tutulma Asiya, Avstraliya, Sakit Okean və Amerikadan görünəcək.

Ay tutulması Bakı vaxtı ilə gündüz saatlarına təsadüf edəcəyindən, Azərbaycanda onu müşahidə etmək mümkün olmayacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq