Modern.az

Samux sakini “tiryək”lə tutuldu

Samux sakini “tiryək”lə tutuldu

Aktual

9 Noyabr 2022, 15:40

Samux sakinində narkotik vasitə aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Elməddin Quliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “tiryək” aşkar edilib.

 

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı