Modern.az

\"Baksol\" yolunun son vəziyyəti - VİDEO

\

10 Noyabr 2022, 13:26

“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunun 1400 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi və yolun hər iki tərəfində səkilərin tikintisi yekunlaşıb.  

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

 

Qeyd olunub ki, ümumilikdə təmir işləri 17.500 kv.m-dən çox sahədə aparılıb.

 

Rəsmi məlumata görə, adıçəkilən yolun digər hissələrində aparılan təmir işləri davam edir. 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI