Modern.az

Ermənistan Hindistandan 155 mm-lik yedəkli haubitsalar ALIR

Ermənistan Hindistandan 155 mm-lik yedəkli haubitsalar ALIR

10 Noyabr 2022, 13:47

Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik ATAGS yedəkli haubitsaları tədarük edəcək.

Modern.az xəbər verir ki, bu barədə Hindistan mediası yazıb. Belə ki, “The Hindu”ya görə, sifariş Bharat Forge Ltd-nin törəmə şirkəti olan Kalyani Strategic Systems Ltd özəl şirkəti tərəfindən alınıb.


Nəşr Kalyani Strategic Systems Ltd-nin mətbuat xidmətinə istinadən qeyd edir ki, haubitsaların tədarükü Hindistanın “Atamanirbhar Bharat” dövlət proqramının bir hissəsi kimi həyata keçiriləcək.

Qəzet alıcı ölkəni dəqiqləşdirməsə də, Business Standard-a görə, söhbət Ermənistandan gedir.


Qeyd olunur ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır. Müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.


Şirkət həmçinin ATAGS artilleriya qurğularının 48 km mənzilli olduğunu izah edir.


Qeyd edək ki, bu, iki ölkə arasında ilk müdafiə sazişi deyil. Bundan əvvəl Hindistanın Solar Group şirkəti Pinaka reaktiv yaylım atəşi sistemlərinin alınması ilə bağlı müqavilənin bağlandığını elan edib. Yeri gəlmişkən, Ermənistan da bu MLRS-nin ilk alıcısı olacaq.


Müqavilələrə Hindistanda lisenziya əsasında istehsal olunan Sovet-Rusiya modelli Konkurs tank əleyhinə raketlərinin alınması da daxildir. Bundan əvvəl, Hindistanın “The Economic Times” nəşri qeyd edib ki, söhbət 260 milyon dollar dəyərində silahlardan gedir, həmçinin 80 mm-lik artilleriya qurğularının, mərmilərin və “Akaş” zenit-raket kompleksinin alınması da müzakirə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi