Modern.az

Deputatlar Parisə gedir

Deputatlar Parisə gedir

Aktual

11 Noyabr 2022, 18:49

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 13-də Fransanın Paris şəhərinə səfər edəcəklər.

 

Modern.az xəbər verir ki, komitənin gündəliyinə insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, ölümsaçan silah sistemlərinin insan hüquq və azadlıqları kontekstində dəyərləndirilməsi və digər məsələlər daxil edilib.

 

İclasda, həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, təşkilati işlərə baxılacaq, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.

 

Səfər noyabrın 15-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə