Modern.az

"Tik-tok"da yeni funksiya: alış-veriş...

Aktual

13 Noyabr 2022, 10:39

“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.

 

Modern.az xəbər verir ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək.

 

Məlumata görə, yeni funksiyanı sınaqdan keçirmək üçün həmin şirkətlər müraciət də edib.

 

ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə start veriblər.

 

Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.

Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu