Modern.az

Bədavi Hüseynov zədələndi

Bədavi Hüseynov zədələndi

13 Noyabr 2022, 18:58

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov zədələnib.

 

Modern.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi səfərdə "Sabah"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XIV turunun mərkəzi matçında sıradan çıxıb.

 

Ayağıdan xəsarət alan təcrübəli oyunçu görüşü davam etdirə bilməyib və 70-ci dəqiqədə Kevin Medina ilə əvəzlənib.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda hesab açılmayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir