Modern.az

Zelenski G20 sammitində bu şərtləri irəli sürdü

Zelenski G20 sammitində bu şərtləri irəli sürdü

Aktual

15 Noyabr 2022, 09:34

Ukraynanın yeni və effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyacı var, Minsk razılaşmalarına qayıtmaq mümkün deyil.

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski G20 sammitində videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

Ukrayna liderinin çıxışından sitatlar yayan “Reuters”in məlumatına görə, Zelenski bir sıra şərtlər irəli sürüb ki, onların yerinə yetirilməsi münaqişəyə “ədalətli, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında” son qoymalıdır.

Zelenski Zaporojye AES-ə münasibətdə “radiasiya təhlükəsizliyinin” bərpasına, Rusiyanın enerji resurslarına qiymət məhdudiyyətlərinin tətbiqinə və taxıl ixracı təşəbbüsünün genişləndirilməsinə çağırıb.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə