Modern.az

“Gənc Fermer”in qalibləri seçildi

“Gənc Fermer”in qalibləri seçildi

15 Noyabr 2022, 16:40

ABB-nin, Gənclər və İdman Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin  tərəfdaşlıq dəstəyi ilə keçirilən “Gənc Fermer” Ümumrespublika Biznes Oyununun final mərhələsi başa çatıb. Finalda 6 komanda mübarizə aparıb. Münsiflərin yekun rəyi ilə “Bakı” komandası yarışın qalibi olub. Komanda təqdim etdiyi “AqroSmart” layihəsi ilə qalib gəlib. “AgroApp” komandası (Gəncə) ikinci, “Üzümçü” komandası (Göygöl) üçüncü yerə çıxıb.

 

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.

 

Layihə Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşəbbüsü ilə həyata keçirilib. “Gənc fermer” Ümumrespublika Biznes Oyunu 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə yarışa qatılmış hər bölgədən 1 qalib komanda müəyyənləşib. Sonra həmin komandalar final mərhələsində yarışıblar. Belə bir layihədə məqsəd gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılması, yaradıcı təşəbbüslərinin dəstəklənməsidir. Müxtəlif mükafatlarla yanaşı, qaliblərə ayrı-ayrı qurumlarda peşəkar təcrübə imkanı da yaradılacaq.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu