Avropalılar ötən üç min il ərzində etdiklərinə görə, bundan sonra hələ üç min il üzr istəməlidirlər.
Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino deyib.
O, Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində bu ölkənin insan haqları ilə bağlı tənqid olunmasına cavab verib:
"Fikrimcə, biz avropalılar insanlara əxlaq dərsi verməzdən əvvəl 3 min il ərzində bütün dünyada etdiklərimizə görə, növbəti 3 min il ərzində üzr istəməliyik. Biz özümüzdən soruşmalıyıq: dünya hara yuvarlanır? Dünyada 1 milyard əlil var, amma bu, heç kimi narahat etmir", - deyə FİFA rəhbəri bildirib.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı noyabr 20-də start götürəcək və dekabrın 18-də başa çatacaq. Turnir tarixdə ilk dəfə Yaxın Şərq ölkəsində baş tutacaq.