Modern.az

Almaniya Ukraynaya 30 ədəd Gepard verdi

Almaniya Ukraynaya 30 ədəd Gepard verdi

Aktual

19 Noyabr 2022, 17:00

Berlin vəd etdiyi 30 ədəd Gepard özüyeriyən zenit qurğusunun hamısını Kiyevə çatdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

 

“Müharibə başlayandan bəri Almaniya Ukraynaya 30 ədəd Gepard tədarük edib. Gepard Ukraynanın mühüm infrastrukturunu qorumaq üçün istifadə olunur”, - səfirlikdən bildirilib.

 

Qeyd edək ki, Almaniya Ukraynaya ilk üç ədəd Gepards qurğusunu avqustun əvvəlində göndərmişdi. Daha sonra Ukraynanın “Cənub” operativ komandanlığı bəyan etmişdi ki, ümumilikdə Kiyev 30 ədəd belə texnikanın təhvil verilməsini gözləyir.

 

Gepard 100 metrdən 4 kilometrə qədər məsafədə 3 kilometrədək hündürlükdəki hədəfləri vura bilən zenit qurğusudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi