Modern.az

Benzema dünya çempionatını buraxacaq

Benzema dünya çempionatını buraxacaq

Aktual

20 Noyabr 2022, 09:51

İspaniyanın "Real Madrid" futbol klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema zədə səbəbindən dünya çempionatında iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti bildirib.

 

Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.

 

"Karyerasında bu dünya çempionatı əsas məqsəd olan Kərimə görə heyifslənirəm. Fransa yığması üçün bu itkisinə baxmayaraq, komandama arxainam. Bu böyük sınaqdan keçmək üçün əlimizdən gələni edəcəyik", - deyə Fransanın baş məşqçisi Didye Deşam bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə