Modern.az

“Pəncə-Qılınc” əməliyyatı: 89 hədəf, çoxlu sayda terrorçu məhv edildi

“Pəncə-Qılınc” əməliyyatı: 89 hədəf, çoxlu sayda terrorçu məhv edildi

20 Noyabr 2022, 16:24

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi “Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı uğurla davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

 

Qeyd olunub ki, birinci mərhələdə bu gün səhər saatlarında terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib.

 

“Hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var. Əməliyyatda yerli və milli silah-sursatlardan böyük ölçüdə istifadə edilib. Əməliyyatdan sonra bütün təyyarələr sağ-salamat öz bazalarına qayıdıb”, - nazirlikdən bildirilib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi