Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 823 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 750 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 9972 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1620, ümumilikdə isə 7 356 956 test icra olunub.