Modern.az

Xarici diplomat aeroportda intihar etdi - VİDEO

Xarici diplomat aeroportda intihar etdi - VİDEO

22 Noyabr 2022, 10:37

İstanbul hava limanında intihar hadisəsi baş verib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir  ki, liberiyalı diplomat həyat yoldaşı və uşaqlarının gözü qarşısında özünü 25 metr hündürlükdən yerə ataraq öldürüb.

 

Belə ki, Aberkah Samuel Kkvame adlı diplomat xanımı və iki uşağı ilə birlikdə hava limanına gedib. O, taksidən düşən kimi özünü hündürlükdən yerə atıb.  

 

Beton döşəməyə yıxılan diplomat həyatını itirib. Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Meyit ekspertiza üçün məhkəmə-tibb institutuna aparılıb. 

 

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat