Modern.az

Sensasiya: Ərəblər Messini məyus etdi - VİDEO 

Sensasiya: Ərəblər Messini məyus etdi - VİDEO 

22 Noyabr 2022, 16:06

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk oyununda Argentina yığması Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

 

Modern.az xəbər verirr ki, "Lusail" stadionunda təşkil olunan görüş turnirin favoriti hesab edilən Argentina millisinin 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Argentina - Səudiyyə Ərəbistanı - 1:2

Qollar: Messi, 10-pen (1:0), El Şehri, 49 (1:1), Davsari, 54 (1:2)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

 

 

***

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda üçüncü qol vurulub. 

 

Modern.az-ın məlumatına görə, Səudiyyə Ərəbistan hesabda önə keçib - 2:1. Ərəblər 53-cü dəqiqədə Salem Al Davsarinin vurduğu qollar önə keçiblər.

****

15:16

 

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, mundialın 3-cü günündə nəzərdə tutulan 4 matçdan biri başlayıb.

 

Belə ki, C qrupunda Argentina yığması Səudiyyə Ərəbistanı ilə qarşılaşır. "Lusail" stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

 

Görüşün 10-cu dəqiqəsində Lionel Messi hesabı açıb.

 

Matçın ikinci hissəsində Səudiyyə Ərəbistanı cavab qolunu vurub. Belə ki, 49-cu dəqiqədə El Şehri hesabı bərabərləşdirib.

 

***

14:00

 

Qətərdə keçirilən dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu başlayıb.

 

Modern.az-ın məlumatına görə, qarşılaşma saat 14:00-da start götürüb.

 

Argentina: 23. Emiliano Martinez (q), 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 3. Nikolas Talyafiko 7. Rodriqo De Paul, 5. Leandro Paredes, 17. Papu Qomez - 10. Lionel Messi (k), 22. Lautaro Martinez, 11. Anxel Di Mariya.

 

Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Ovais (q), 4. Saud Abdulhamid, 17. Hassan Tambakti, 5. Əli Al Boleahi, 13. Yasser Al Şahrani, 23. Məhəmməd Kanno, 8. Abdullah Al Malki, 7. Salman Al Faraj (k), 10. Salem Al Davsari. 11. Saleh Al Şehri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi