Futbol üzrə dünya çempionatının C qrupunda Meksika və Polşa yığmaları üz-üzə gəliblər.
Modern.az xəbər verir ki, oyunda hesab açılmayıb.
Qeyd edək ki, C qrupunun ilk matçında Səudiyyə Ərəbistanı Argentina millisinə qalib gəlib - 2:1.
Hazırda turnir cədvəlinə 3 xalla ərəblər başçılıq edir. Meksika və Polşa hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Argentina seçməsi isə sonuncudur.
***
20:02
Dünya çempionatında Meksika və Polşa milli komandaları arasında C qrupunun ilk tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Görüşü avstraliyalı FIFA referisi Kris Bit idarə edir.