Modern.az

23 elmi işdə plagiat AŞKARLANIB 

23 elmi işdə plagiat AŞKARLANIB 

24 Noyabr 2022, 16:00

“XXV respublika elmi konfransına göndərilən elmi işlərdən 240-na imtina cavabı verilib”.



Modern.az xəbər verir ki, bunu Təhsil İnsitututunun direktoru Rüfət Əzizov bildirib. 



Onun sözlərinə görə, konfransa göndərilən elmi işlər arasında çox maraqlı və əhəmiyyətliləri olsa da, texniki və elmi komitənin yoxlamasından keçməyənlər çoxluq təşkil edib:



“Konfransa ümumilikdə 453 müraciət olub. 213 nəfərin işi qəbul olunsa da, 240 nəfərə imtina cavabı verilib. 155 nəfərin işində texniki uyğunsuzluq, 23 nəfərdə isə plagiat olduğu müəyyən edilib. Müraciətlərdən 62-nə isə elmi komitənin baxışından sonra imtina cavabı verilib”. 



R.Əzizov qeyd edib ki, xüsusilə plagiatlığın olması yol verilməzdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi