Modern.az

İşgəncə faktları ciddi şəkildə araşdırmalıdır - Baş prokuror

İşgəncə faktları ciddi şəkildə araşdırmalıdır - Baş prokuror

24 Noyabr 2022, 17:12

Baş prokuror Kamran Əliyev işgəncə faktları ilə bağlı səslənən iddialara münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, Baş prokuror Elmi Məsləhət Şurasının iclasında deyib ki, narkotik işlərinə əsasən, tutulan şəxslər adətən saxlanılarkən və istintaq dövründə işgəncələr aldığı barədə ifadələr verirlər.

 

O qeyd edib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir:

 

"Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI