Modern.az

Ermənistan üçtərəfli bəyanatı pozur – Ceyhun Bayramov

Ermənistan üçtərəfli bəyanatı pozur – Ceyhun Bayramov

24 Noyabr 2022, 17:24

"Ermənistanın postmünaqişə dövründə hərəkətləri münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. 


“Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilməyib. Avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar 2021-ci ildə istehsal edilib",  - XİN başçısı bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi