Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Modern.az xəbər verir ki, sənədə əsasən qanunun 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilib.