Modern.az

Portuqaliya mundiala qələbə ilə başladı - YENİLƏNİB 

Portuqaliya mundiala qələbə ilə başladı - YENİLƏNİB 

24 Noyabr 2022, 21:58

Futbol üzrə Portuqaliya və Qana yığmaları arasında keçirilən görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, H qrupunun ilk tur matçında Portuqaliya millisi 3:2 hesablı qələbə qazanıb.

 

Görüşdə ilk qolu portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldo 65-ci dəqiqədə penaltidən vurub. Gərgin keçən matçda 8 dəqiqə sonra Qana komandası hesabı bərabərləşdirib.

 

Ardınca əks-hücuma keçən Portuqaliya yığması rəqib müdafiəçilərin səhvindən yararlanaraq bir neçə dəqiqə fərqlə sayca üçüncü qolunu vurub.

 

Dünya çempionatının ilk matçında inamlı oyun nümayiş etdirən Qana komandası 89-cu dəqiqədə hesab arasında fərqi minimuma endirib. Qarşılaşmada ümumilikdə 5 qol vurulub.

 

Portuqaliya - Qana - 3:2 (İkinci hissə)

 

Qol: Kriştiano Ronaldo, 65-pen. (1:0), Andre Ayev 73 (1:1), Joa Feliks, 78 (2:1), Rafael Leao, 80 (3:1)

 

Baş hakim: İsmail Elfat (ABŞ)

 

"Stadiium 974" arenası

 

 

***

 

Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar.

 

Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu

 

Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok