Modern.az

Putin bu gün əsgər anaları ilə görüşəcək

Putin bu gün əsgər anaları ilə görüşəcək

25 Noyabr 2022, 10:24

Prezident Vladimir Putin hələlik Rusiya hərbçiləri ilə ayrıca görüş keçirməyəcək.

Modern.az xəbər verir ki, bunu “Ria Novosti”yə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.


O, agentliyin belə bir tədbirin nəzərdə tutulub-tutulmaması ilə bağlı sualını cavablandırarkən “hələ yox, məlumat verəcəyik” deyib.


Putin bu gün Ukraynadakı müharibinin iştirakçısı olan hərbçilərin anaları ilə görüşəcək.


Görüşə oğulları səfərbər edilmiş, könüllülər, müqaviləli əsgərlər və nizami hərbçilər - Rusiya ordusunda xidmət edən və ya birbaşa müharibə zonasında olan, ya da taktiki hazırlıq və döyüş koordinasiyasından keçən hərbçilərin anaları dəvət olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?