Modern.az

Deputat hökuməti SMA xəstələrinə yardım etməyə ÇAĞIRDI

Deputat hökuməti SMA xəstələrinə yardım etməyə ÇAĞIRDI

Aktual

25 Noyabr 2022, 11:28

Bu ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1,9 milyard manat vəsait ayrılıb, bu da ötən illə müqayisədə 11 faiz çoxdur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.

 

"Amma mənim burada diqqət çəkəcəyim mövzu fərqlidir. SMA xəstələrinə dövlət tərəfindən diqqət olmalıdır. Hazırda Azərbaycanda 28 uşaqda bu xəstəlik mövcuddur. Hökumət üzvləri də buradadır, mən onlardan bu məsələyə diqqət yetirmələrini istəyirəm. Xəstəliyin müalicəsi üçün 2 milyon dollardan çox vəsait tələb olunur. Bunun ödənilməsi çox çətindir”, -deyə deputat təklif irəli sürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu