Modern.az

“Narkomaniya sərhədsiz fəlakətdir”

“Narkomaniya sərhədsiz fəlakətdir”

Aktual

25 Noyabr 2022, 09:56

Gəncə Dövlət Universitetində “Narkomaniya sərhədsiz fəlakətdir” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Gəncə Dövlət Universitetinin  Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  müasir dövrdə ölkəmizdə narkomaniya ilə  mübarizə sahəsində görülən işlərdən, belə halların çoxalmaması üçün həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sənədlər, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar ölkəmizdə bu bəlaya qarşı görülən işlərin əyani göstəricisidir.

 

Tədbirdə Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov “Nakomaniya-dövrün faciəsi” məruzəsi ilə çıxış edərək tələbələri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. Narkotik vasitələr, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlərindən ətraflı danışıb.

 

GDU-nun tələbələri çıxış edərək gəncləri bu bəladan uzaq olmağa səsləyiblər.

 

Tədbirdə həmçinin “Narkomaniya sərhədsiz fəlakətdir” adlı videoçarx nümayiş olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir