Modern.az

“WhatsApp”da yarım milyon istifadəçinin məlumatları oğurlanıb

“WhatsApp”da yarım milyon istifadəçinin məlumatları oğurlanıb

Aktual

25 Noyabr 2022, 11:54

“WhatsApp”da dünyanın hər yerindən aktiv istifadəçilər var. Bununla belə, istifadəçi sayının çoxluğu təhlükəsizlik problemlərini də artırır.

 

Modern.az-ın məlumatına görə, keçmişdə dəfələrlə təhlükəsizlik problemləri ilə gündəmə gələn “WhatsApp”ın 500 milyon istifadəçisinin məlumatlarının oğurlandığı məlum olub.

 

487 milyon “WhatsApp” istifadəçisinin məlumatları haker forumunda satışa çıxarılıb. Oğurlanmış məlumat bazasına yalnız istifadəçilərin telefon nömrələri daxil edilib.

 

Meta şirkəti hələlik mövzu ilə bağlı açıqlama verməyib.

 

Qeyd edək ki, hazırda dünya ölkələri üzrə "WhatsApp"ın 2 milyarddan çox istifadəçisi var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu