Bu gün beynəlxalq turizm mərkəzinə çevrilmiş Naftalan şəhərinə dünyanın bir çox ölkəsindən qonaqlar gəlir.
Modern.az xəbər verir ki, “Azərbaycan Möcüzələri” adlı səfər proqramı çərçivəsində israilli qonaqlarda Naftalan şəhərini ziyarət edib, şəhərdə fəaliyyət göstərən Hotel və Turizm mərkəzlərində olublar. Qonaqlar Naftalan neftinin möcüzəsi ilə yaxından tanış olub, naftalan nefti ilə aparılan müalicə prosedurlarından istifadə ediblər.
Səfərin məqsədi təbii sərvətlərlə yaxından tanış olmaq, gələcəkdə bu cür proqramları mütəmadi olaraq davam etdirməkdir.